Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beyinlə idarə olunan yeni protez yaradılıb


ABŞ-ın Cons Hopkins Universitetinin alimləri beyinlə idarə olunan yeni protez yaradıblar. “ICTnews” Elektron Xəbər Xidməti “vistanews.ru” saytına istinadən yazır ki, yeni cihazın özəlliyi ondan ibarətdir ki, barmaqların hərəkətini ayrı-ayrılıqda tənzimləyir, halbuki bu qurğunun analoqları bütün barmaqlardan eyni anda istifadə edərək yalnız "tutma" hərəkətini yerinə yetirmək qabiliyyətinə malikdir.

Alimlər belə texnologiya yaratmaqdan ötrü insan beynini diqqətlə öyrənərək onun barmaqların hərəkətini təmin edən hissəsini tapıblar. Daha sonra mütəxəssislər protezi beyin siqnallarının izlənilməsinə və nəticədə barmaq hərəkətlərinin tənzimlənməsinə uyğun proqramlaşdırıblar.

Eksperimentlər zamanı tədqiqatçılar xüsusi proqram vasitəsilə könüllü bir şəxsin beyninə 128 elektrod ötürücü qoşaraq hər barmağın hərəkəti zamanı beynin aktivləşən hissələrini qeydə almışlar.

Mütəxəssislərin sözlərinə görə, bu metod digərlərindən daha effektivdir və dəqiqliyi 76% təşkil edir.

Emil Hüseynov





17/02/16    Çap et