Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Android” sistemi ilə işləyən “Galaxy Tab 8.9 Android” planşetinin


“Samsung” şirkəti rəsmən öz yeni planşeti – “Galaxy Tab 8.9”-un xüsusiyyətlərini dərc edib. Planşet cümə günü “Best Buy” Amerika mağazasına tədarük olunmalıdır. “Galaxy Tab 8.9” planşetinin 32 qiqabayt ilə olan modelinin dəyəri 569 dollar təşkil edəcək.

Planşetin proqram əsasını “Android 3.1” platforması təşkil edir və o, 3 meqapikselli əsas və 2 meqapikselli ön kamera, 2 nüvəli 1 QHz “NVİDİA Tegra 2” prosessoru və 1280x800 kəskinlikli və 8.9 düym diaqonallı sensor ekran ilə təchiz olunacaq.




20/09/11    Çap et