Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlaşdırılmış ofis kresloları yaradılıb


Məşhur avtomobil istehsalçısı "Nissan" şirkəti "YouTube" videohostinqində qeyri-adi robotlaşdırılmış texnikanın işini nümayiş etdirən videoçarx  yerləşdirib. Belə ki, şirkət mühəndisləri adi ofis kreslolarını otaqda sərbəst hərəkət edə bilən robotlara çeviriblər.  

"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, kresloların standart təkərləri əl çalmaqla aktivləşən xüsusi elektron bloklarla əvəzlənib. Eksperimentin mahiyyəti yeni avtopilot parklama sisteminin nümayişindən ibarətdir.

Bildirilir ki, kreslolar quraşdırılmış "Wi-Fi" modulu vasitəsilə kompüterdən komandalar alır. Öz növbəsində kompüter otağın divarlarında quraşdırılan kənar kameralardan daxil olan təsvirlərə əsaslanır.

Beləliklə, sistem başqa istehsalçıların bilavasitə nəqliyyat vasitəsinə quraşdırdıqları xüsusi sensorlar olmadan da işləyə bilir. Keyfiyyətli sürücüsüz parklama üçün adi videomüşahidədən də istifadə mümkündür.

Nizam Nuriyev 





20/02/16    Çap et