Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Enerjinin birbaşa mikroçiplərdə saxlanılması üsulu tapılıb
ABŞ-ın Dreksel Universiteti və Fransanın Pol Sabatye Universitetində çalışan elmi işçilər daxili mikrosuperkondensatorlarla təchiz edilmiş mikroçiplərin sənaye istehsalı üsulunu hazırlayıblar. Başqa sözlə, alimlər prosessor və enerji mənbəyini bir yarımkeçirici məhsulda birləşdiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Science” jurnalında dərc edilmiş elmi iş tədqiqatçı alimlərin çoxillik əməyinin məhsuludur.
"Biz enerji mənbəyinin ölçüsünü azaltmaqla yanaşı, həmçinin onu mikroçipə inteqrasiya etmək istəyirdik – Pol Sabatye Universitetindən olan layihənin iştirakçısı Patris Saymon deyib. Əsas məsələ belə mikrosuperkondensatorların yarımkeçirici məhsulların müasir istehsal prosesinə tətbiqi üsulunu tapmaq idi. Alimlərin iş zamanı qarşılaşdığı ən mürəkkəb problemlərdən biri mikrosuperkondensat materialının mikroçip materialı ilə uyğunluğunun təmini, mexaniki möhkəmlik və davamlılıq olub.
"Gələcəkdə tərəfimizdən keçirilmiş sınaqların nəticələrini hər kəs müşahidə edəcək, çünki yeni üsul sayəsində istehlak elektronikası daha yüngül və yığcam olacaq – layihənin iştirakçıları bildiriblər. Vacib olan odur ki, enerjini birbaşa çiplərdə saxlamaq imkanı “Əşyalar interneti”nin gələcək inkişafına lazım olacaq".
Emil Hüseynov
22/02/16 Çap et