Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada necə müraciət etməli?
* www.e-gov.az portalına giriş edin;
* "Qeydiyyatsız xidmətlər" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininxidmətləri sırasından "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətinə keçid edin;
* Xidməti seçdikdən sonra Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) giriş interfeysi əks olunacaqdır. Açılan pəncərədə ailəni təmsil edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi və notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsi qeyd edərək "daxil ol"düyməsini seçin;
Nəzərinizə çatdırırıq ki, ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət zamanı təmsilçilik barədə ərizə tələb olunur. Bu ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir.
Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.
Məlumat üçün bildirək ki, 23 fevral 2015-ci il tarixində ölkə başçısı tərəfindən imzalanmış Fərman əsasında sosial yardımın ünvanlanması prosesinin elektron təşkili üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi formalaşdırılıb.
Nazirlər Kabitenin 05 fevral 2016-cı il Qərarı ilə sosial yardımın ünvanlanması prosesinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə təşkilinin hüquqi əsası təsdiq edilib.