Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rekord əməli yaddaşa malik smartfon təqdim olunub


Dünyada ən nazik smartfon istehsalçısı olan Çinin "Vivo" şirkəti  Pekində keçirilmiş tədbirdə rəsmən yeni "Vivo Xplay 5" qabaqcıl smartfonunu təqdim edib. Bu qurğu 6 QB əməli yaddaşa malik ilk smartfondur.
"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, aparat iki versiyada əlçatan olacaq.

Hər iki versiya metal korpus, 2560 x 1440 piksel 5.43 düym "Super Amoled" displeyi, 3600 milliamper/saat tutumlu akkumulyator batareyası, "4G" dəstəyi, 8 meqapiksellik (MP) ön və 16 MP arxa kameralar, həmçinin barmaq izi skaneri və sürətli enerji doldurma texnologiyası ilə təchiz ediliblər. Hər iki versiya "FunTouch OS" interfeysinə malik "Android 6.0 Marshmallow" sistemi ilə işləyir.

"Vivo Xplay 5 Elite Edition" adlı model 6 QB əməli yaddaş və 128 QB daxili yaddaş, dördnüvəli "Qualcomm Snapdragon 820" prosessoru ilə təchiz edilib. Qeyd edək ki, "Samsung Galaxy S6/S7 edge" smartfonunda olduğu kimi, sözügedən modelin displeyinin sol və sağ tərəfləri dəyirmidir.

"Vivo Xplay 5" adlı model isə düz ekran, səkkiznüvəli "Qualcomm Snapdragon 652" prosessoru və 4 QB tutumunda əməli yaddaşla təchiz edilib.

Emil Hüseynov





02/03/16    Çap et