Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kriptoqrafiya “pioner”ləri Türinq mükafatına layiq görülüblər


Qorunmamış bir mühitdə ümumi məxfi açardan istifadə edərək məlumatların təhlükəsiz mübadiləsinə imkan verən Diffi-Hellman kriptoqrafiya alqoritminin müəllifləri Uitfild Diffi və Martin Hellman kriptoqrafiya sahəsinə fundamental töhfəyə görə Türinq mükafatına layiq görülüblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, informatika sahəsində ən nüfuzlu mükafatın laureatları 1 milyon dollar məbləğində mükafat alacaqlar. Mükafatlandırma mərasimi cari ilin iyununda Kaliforniyada baş tutacaq.

Müasir təhlükəsiz messsencer və çatlarda istifadə olunan Diffi-Hellman riyazi alqoritmi 1976-cı ildə ixtira edilib. Metod iki açardan istifadəyə əsaslanır: şifrləmə üçün açıq və deşifr üçün bağlı açarlar. İstifadəçilər bu üsulla qorunmamış rabitə kanalı üzərindən şifrlənmiş mesajlar göndərə bilərlər, çünki mesajları oxumaq üçün hər iki açar tələb olunur.

Hesablama Texnikası Assosiasiyası (“ACM”) tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi xidmətlərinə görə təqdim olunan mükafat görkəmli ingilis alimi Alan Türinqin şərəfinə təsis edilib. Bu mükafat 1966-cı ildən etibarən hər il təqdim olunur.

Emil Hüseynov






03/03/16    Çap et