Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mac” kompüterləri tarixində ilk dəfə virusa yoluxdurulub


“Apple Inc.” şirkətinin istehsalı olan kompüterlər hakerlərin hədəfinə tuş gəlib. Hakerlər 5-6 mart tarixlərində geniş yayılmış “KeRanger” proqramının zərərli versiyasını “Mac” kompüterlərinə qarşı tətbiq ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, "bu proqram faylları şifrləyir və ödəniş tələb edir” – “Palo Alto Threat Intelligence” şirkətinin direktoru Rayan Olson bildirib.

Mütəxəssislər bildirirlər ki, hakerlər populyar proqramın dəyişdirilmiş surəti vasitəsilə “Mac” kompüterlərini virusa yoluxdururlar. Belə ki, proqramın son versiyasını kompüterə yüklədikdə o, 3 gün ərzində qeyri-aktiv olur və bundan sonra istifadəçinin fayllarını şifrləməyə və deşifr üçün 400 ABŞ dolları tələb edir.

“Apple” şirkətinin rəsmisi bildirib ki, şirkət zərərli proqramın geniş yayılmasının qarşısını almaq üçün tədbir görür.

Emil Hüseynov





07/03/16    Çap et