Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən ay ən çox istifadə olunan elektron xidmət bəlli olub
Operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi olan “Elektron hökumət” portalı (www-e-gov.az) üzərindən fevral ayında ən çox istifadə edilən elektron xidmətin adı məlum olub.
Ötən ay portal vasitəsi ilə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətinə müraciət edilib.
E-xidmətlərdən fevral üzrə istifadə statistikasına görə ilk pillədə qərarlaşan bu xidmətdən bir ayda 180061 dəfə istifadə olunub.
“Elektron hökumət” portalı üzərindən sözügedən xidmətdən yararlanmaq üçün gücləndirilmiş imza sertifikatları ilə autentifikasiya (tanıma, identikləşdirmə) vasitələrindən istifadə tələb olunur.
Qeyd edək ki, əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.
09/03/16 Çap et