Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi 170 milyard dollara çatacaq


“MarketsandMarkets” analitik şirkətinin məlumatına görə, 2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi 170 milyard dollara çatacaq ki, bu da hazırkı göstərici ilə müqayisədə 100 milyard dollar çoxdur. Ekspertlər qeyd edirlər ki, 2020-ci ilədək sızmanın qarşısını alan, "DoS” hücumlardan zərəri azaldan məlumatların mühafizəsi üzrə bütün həllərə tələbat xeyli artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, digər analitik şirkət "Gartner” də analoji göstəricilər proqnozlaşdırır. 2015-ci ilin noyabrına olan vəziyyətə görə, şirkətlər təhlükəsizliyin təmininə 75 milyard dollar sərf ediblər. Analitik proqnozlara əsasən, cari ilin sonunadək bu göstərici 91 milyard dollaradək artacaq. 2019-cu ilədək isə təhlükəsizlik bazarının həcminin ümumilikdə 73 milyard dollar - 116 milyard dollaradək artacağı gözlənilir.  

“MarketsandMarkets” 2020-ci ildə dünya təhlükəsizlik bazarının həcminin 2015-ci ildəki 106,32 milyard dollardan 170,21 milyard dollaradək artacağını proqnozlaşdırır. Ümumi illik artımın 9,8 faiz təşkil edəcəyi gözlənilir.

Ekspertlər, həmçinin təhlükəsizlik idarəetmə servislərinə tələbatın artacağını qeyd edirlər. Proqnozlara görə, 2015-ci ildə belə servislərin ümumi bazarda payı 40 faizə bərabər olub.

Nizam Nuriyev  





11/03/16    Çap et