Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin axırınadək 20 milyon banqladeşli internetə daxil olacaq
Banqladeş Hökuməti bir il ərzində internetdən istifadə ilə bağlı xərclərin ikiqat artırılmasını planlaşdırır. Poçt və Telekommunikasiya nazirinin dediyinə görə, cari ilin axırınadək Banqladeşdə internetdən istifadə edənlərin sayı 20 milyona çatacaq.
Hazırda internetdən müntəzəm şəkildə 10 milyon insan istifadə edir. Ölkədə dövlətə məxsus olan “Banqladeş Telekommunikasiya” MMC–dən savayı, 60 özəl provayder internet xidmətləri təklif edir. 2011-ci ilin axırınadək internetdən istifadə edənlərin sayının 10 milyona çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, ötən iki il ərzində internetdən istifadə edənlərin sayı 84% artıb.
Xatırladaq ki, Banqladeşin prezidenti cari ayın əvvəlində bəyan edib ki, İKT ilə bağlı xidmətlər genişləndirilməlidir. Və kənd ərazilərində yaşayan hər bir ailə İT vasitəsilə evi tərk etmədən vacib olan məlumatı əldə etməlidir. Hazırkı hakimiyyət 2021–ci ilədək ölkəni telekommunikasiya sektoru üzrə inkişaf etmiş dövlətə çevirmək istəyir.
10/06/11 Çap et