Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər teleportasiya prosesinə nail olublar
Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universitetində işləyən fiziklər materiyanın xüsusiyyətləri haqda informasiyanı kiçik məsafəyə ötürməyə nail olublar. Bu halda bu proses klassik fizika qanunları çərçivəsində kvant deyil, adi səviyyədə reallaşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dni.ru” saytına istinadən yazır ki, Kornel Universitetinin kitabxanasında dərc edilmiş məqalədə yazılır ki, almaniyalı alimlər bir-biri ilə xüsusi şəkildə əlaqəli olan lazer şüalarından istifadə edərək ilk dəfə materiyanın xüsusiyyətləri haqda informasiyanı kiçik məsafəyə ötürməyə müvəffəq olublar.
Alimlər teleportasiya üçün öncədən müəyyən edilmiş sürətlə fırlanan xüsusi polyarlaşmış lövhələrin köməyi ilə lazer şüalarını bilərəkdən qarışıq salıblar. Bundan sonra onlar şüaları “CNOT” məntiqi əməliyyatının işıq variantı sayılan qurğudan keçiriblər və nəticədə bir şüadakı informasiya ikinciyə teleportasiya olunub.
Lakin eksperimentin müəllifləri qeyd ediblər ki, hələ ki lazerlər bir-birinə yaxın məsafədə yerləşdiyi halda belə teleportasiya mümkündür. Ancaq mütəxəssislərin fikrincə, bu sınağın uğurlu nəticəsi onu göstərir ki, teleportasiya kvant mikrodünyasının müstəsna xüsusiyyəti deyil, kainat üçün universal hadisədir.
Emil Hüseynov
12/03/16 Çap et