Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dubayda pilotsuz uçan aparatlar üçün ilk dünya qran-prisi keçirilib


Martın 11-12-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan aparatlar (dronlar) üçün ilk dünya qran-prisinin final mərhələsi keçirilib. Yarışlarda dünyanın müxtəlif ölkələrini təmsil edən 32 komanda iştirak edib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, dronların yarışması https://www.youtube.com/watch?v=NcBaYAmRoXc sərt virajlar və təpələrin çox olduğu xüsusi hazırlanmış yolda baş tutub. Pilotlar aparatları virtual reallıq eynəklərinin köməyi ilə idarə edərək onları xüsusi qapıların - nəzarət nöqtələrinin içindən keçirməli olublar. Yarışın qaydalarında, həmçinin akkumulyatorların dəyişdirilməsi üçün dayanmalar nəzərdə tutulub.

Yarışın əsas mərhələsində qələbəni Böyük Britaniyanın “Tornado X-Blades Banni UK” komandası qazanıb. Komandanın dronunu 15 yaşlı Lyuk Bannister idarə edib.

Qalib komanda 250 min dollar məbləğində pul mükafatına layiq görülüb. İkinci yeri tutan yerli “Dubai Dronetek” komandası 125 min dollar, üçüncü yerdə qərarlaşan Rusiyanın “VS Meshcheriakov” komandası 50 min dollarla mükafatlandırılıb.

Nizam Nuriyev 





14/03/16    Çap et