Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni yaradılmış işıq saçan süni dəri təzyiqə reaksiya verir


Son illər süni dərinin yaradılması üçün bir çox üsullar sınaqdan keçirilib. Nyu-Yorkda yerləşən Kornell Universitetində çalışan tədqiqatçılar tərəfindən hazırlanmış çoxfunksiyalı süni dəri dartılır, təzyiqə reaksiya verir və işıq saçır. Süni  dəri əvvəlki modellərdən daha elastik olduğuna görə elektronika və robot texnikasında tətbiq oluna bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, tədqiqatçılar rəngin dəyişilməsi və elastikliyi nəticəsində ünsiyyət quran və maskalanan səkkizayaqlı ilbizdən ilhamlanıblar. Yeni material “HLEC” (hiperelastik işıq saçan kondensator) adlandırılıb. Süni dəri hidrogeldən hazırlanmış 2 şəffaf qatdan – elektroddan ibarətdir.

Deformasiya və təzyiq dəyişikliyinə reaksiya verən kondensatorlar datçik qismində istifadə oluna bilər. Süni dərinin dartılması elektrik sahəsini artıraraq onu daha çox işıq saçmağa məcbur edir. Kondensatorlara müxtəlif metalların əlavə edilməsi müxtəlif rənglər yaradır. Həmçinin material mövcud elastik displeylərlə müqayisədə daha çox yüklənmək qabiliyyətinə malikdir.



Emil Hüseynov





17/03/16    Çap et