Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da mobil abunəçilərin dörddə üçü SMS xidmətdən istifadə edir
“Pew İnternet & American Life Project” analitik mərkəzi ABŞ-ın mobil abunəçiləri arasında SMS xidmətinin populyarlığı ilə bağlı keçirilən tədqiqat nəticələrini dərc edib.
Sorğuda təxminən 2300 həddi-büluğa çatmış vətəndaş iştirak edib. Məlumatlar 2011-ci ilin aprel ayının 26-dan may ayının 22-nə kimi toplanılıb.
Mobil aparatların (telefon və ya smartfonlar) 18 yaşdan yuxarı 83% amerikalıda olduğu qeyd edilib. Onlardan təxminən dörddə üçü (73%) mətn mesajları mübadilə edirlər.
Belə ki, 31% SMS həvəskarlar bildirib ki, onlar adi telefon söhbətlərinə deyil, məhz SMS ünsiyyət üsuluna üstünlük verirlər. 53% respondent bildirib ki, onlar səs ünsiyyətindən istifadə edirlər və 14% abunəçi isə kommunikasiya üsulunu vəziyyətdən asılı olaraq seçirlər.
18-24 yaş arasındakı mobil abunəçilər gündə orta hesabla 110 mətn müraciəti göndərir və qəbul edirlər. Ay ərzində SMS-in sayı 3200-ə qədər çatır.
Bütövlükdə amerikalılar gündə orta hesabla 42 mətn mesajı göndərir və qəbul edirlər, həmçinin 12 telefon zəngi edirlər. Hər iki göstərici 2010-cu il ilə müqayisədə praktik olaraq dəyişməyib.
20/09/11 Çap et