Yay vaxtına keçidin ləğv olunması ilə bağlı telekommunikasiya avadanlıqlarının işi necə tənzimlənəcək?
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı qərarına əsasən ölkə ərazisində yay vaxtına keçid ləğv olunmuş və 27 mart 2016-ci ilin saat 4:00-da saatların bir saat irəli alınması həyata keçirilməyəcək.
Məlum olduğu kimi, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir.
Bununla əlaqədar olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən operatorlar (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılmış, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilmişdir.
Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (Microsoft və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılmışdır.
Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün aşağıdakı linkdən yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur:
http://cache.gmane.org//gmane/comp/time/tz/10687-001.bin
Fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının "tarix və vaxt" menyusundan "avtomatik" rejiminin deaktiv edilməsi tövsiyə olunur.