Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada robot ədəbi müsabiqənin finalına çıxıb


Yaponiyanın Hakodate Gələcəyin Universitetinin tədqiqatçılar qrupunun ərsəyə gətirdiyi süni intellekt proqramı həm roman yazıb, həm də ədəbi bacarığını nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, mütəxəssislər robotun yazdığı romanı yapon fantastika yazıçısı Siniçi Hoşinin şərəfinə keçirilən bədii əsərlər müsabiqəsinə təqdim ediblər.

Qeyd olunur ki, müsabiqədə ümumilikdə 1450 iş qiymətləndirilib və onların 11-i qismən və ya tam robotlar tərəfindən yaradılıb. Hakodate Universitetində yaradılan robot müsabiqənin final mərhələsinə çıxa bilib.
Tənqidçilər qeyd edirlər ki, süni intellekt insanın verdiyi tapşırıqdan kənar sırf yaradıcılıqla məşğul ola bilməz. Lakin proqram tərtibatçıları gələcəkdə ədəbi yaradıcılıq üçün lazım olan həqiqi yaradıcı potensiala malik avtonom intellekt yaratmağı düşünürlər.

Nizam Nuriyev 





28/03/16    Çap et