Batareyaların insan sağlamlığına və ətrafa çox böyük zərəri var. SİA-nın xəbərinə görə, batareyalar civə, sink, manqan, litium, dəmir, nikel, kobalt və kimyəvi maddələrdən istehsal olunur. Bu batareyaların təsadüfi zibilliyə atılması, birbaşa və ya bilvasitə olaraq alıcı mühitə verilməsi ətraf aləm baxımından böyük təhlükələr yaradır. Metallar torpağa və oradan da yeraltı sulara qarışa bilər. Ən başda torpaq istifadə edilməz hala gələr və metalların yaratdığı su çirkliliyi sudakı ekosistemi alt-üst edir. Təsirlənən yalnız su ekosistemi deyil, əslində bütün ekosistemdir. Zaman içərisində bu təsirlər insanlar üzərində də görülür. Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr daha əvvəl də ifadə edildiyi kimi torpağa qarışaraq heyvanların yediklərindən ya da sulardan insan bədəninə qarışır. Bir kiçik batareya 4 kvadrat metr torpaq çirkləndirir və bu torpağı istifadəsi mümkünsüz hala gətirir.
Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarıqlığa və yaralar meydana gəlməsi ilə gözlərin zərər görməsinə səbəb ola bilər. Civə təbiətdə pozulmaz. Civə və civə birləşmələri insanlar və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Axan batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər.
İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə;
- Eşitmə pozğunluğu,
- Mərkəzi sinir sisteminin pozulması və xərçəngə,
- Böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına,
- Xromosomları korlayıb şikəst doğumlara səbəb olmaqdadır.