Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən böyükölçülü planşet kompüteri satışa çıxarılıb
“Microsoft” şirkəti hələ 2015-ci ilin iyununda 84 düymlük “Surface Hub” planşet kompüterini təqdim edib və qurğu həmin ilin sentyabrında satışa çıxarılmalı idi.
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, ancaq qurğunun çıxarış tarixi əvvəlcə 2016-cı ilin yanvarına keçirilsə də, “Surface Hub” planşet kompüteri yalnız bu həftə satışa çıxarılıb. Bu müddət ərzində cihazın qiyməti yüksəlib.
İndi istənilən şəxs “Surface Hub” planşetini satın ala bilər. “Windows 10” sistemi altında işləyən planşet iki versiyada əlçatandır: “1080p” təsvir ölçülü 55 düymlük modelin qiyməti 8999 dollar, 84 düymlük “4K” təsvir ölçülü “Hub” qurğusunun qiyməti 21999 dollar təşkil edir.
“Surface Hub” planşetinin xarakteristikaları aşağıdakı kimidir:
• “Intel Haswell” prosessoru: 55 düymlük modeldə “Core i5” və 84 düymlük planşetdə “Core i7”;
• Videokart – “Intel HD 4600” və ya “Nvidia Quadro K2200”;
• 128 QB SSD, 8 QB əməli yaddaş;
• 4 ədəd “USB” konnektoru (2 ədədi “USB 3.0”dür), “Bluetooth 4.0”, “802.11n Wi-Fi”, “NFC” və “Gigabit Ethernet”;
• Qurğuların çəkisi müvafiq olaraq 47.5 kq və 126 kq-dır.
Emil Hüseynov
30/03/16 Çap et