Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar proqramın 100 milyon istifadəçisinin məlumatları təhlükə altındadır


“Cheetah Mobile” şirkətinin kompüter təhlükəsizliyi üzrə ekspertləri dünyada naməlum nömrələrin müəyyənləşdirilməsi üzrə populyar “Truecaller” mobil proqramının mühafizə sistemində boşluq aşkar ediblər. Nəticədə xidmətin 100 milyondan çox istifadəçisinin məlumatları təhlükə altındadır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, belə ki, “Truecaller” mobil proqramı istifadəçilərini eyniləşdirmək üçün “IMEI” nömrələrdən istifadə edir. Bu o deməkdir ki, “IMEI” nömrəni öyrənmiş kibercinayətkar fərdi informasiyaya (hesab adı, cins, elektron poçt ünvanı, foto, ev ünvanı) müdaxilə edə və ya onu dəyişdirə bilər.

Bundan başqa, hakerlər nəzəri cəhətdən mobil proqramın sazlamalarını dəyişdirə bilər. Sözügedən proqramın tərtibatçıları bu boşluğu operativ şəkildə aradan qaldırıblar, buna görə istifadəçilər təhlükəsizlik baxımından proqramın son versiyasını yükləməlidirlər.

Emil Hüseynov





31/03/16    Çap et