Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“USB” ilə enerji toplayan dünyada ilk yüksək tutumlu disk təqdim edilib
“Seagate Technology” şirkəti 8 TB tutumunda masaüstü “Seagate Innov8” diskinin buraxılışını elan edib.
İstehsalçının məlumatına görə, bu, dünyada “USB” texnologiyası ilə enerji toplayan ilk sərt diskdir.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, sərt disk “USB Type-C” simmetrik portu ilə təchiz edilib və alüminium korpusda təqdim olunub. 1.5 kq ağırlığında olan sərt diskin ölçüsü 208×123.6× 36 mm-dir. “Seagate Dashboard” proqram təminatı informasiyanın ehtiyat köçürülməsinə cavabdehdir.
Sərt disk cari ilin aprelində satışa çıxarılacaq, dəyəri 349 ABŞ dolları təşkil edəcək.
Emil Hüseynov
01/04/16 Çap et