Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveç alimləri ağacdan şüşə yaradıblar


Ağac tikintidə istifadə üçün gərəkli materialdır. Belə ki, olduqca möhkəm, ucuz, bərpa olunan və elastikdir. Ehtimal olunur ki, ağac, həmçinin pəncərə və günəş panellərinin istehsalında tətbiq ediləcək. Belə ki, İsveç Kral Texnologiya İnstitutunda professor Lars Berqlundun rəhbərliyi atında çalışan tədqiqatçılar qrupu təbii ağac liflərindən liqnin maddəsinin kimyəvi üsulla təmizlənməsi üsulunu tapıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, liqnin bitki hüceyrələrinin qurumuş divarlarını xarakterizə edən maddədir. Alimlər bu maddəni təmizləməklə ağac materialını şəffaflaşdırmağa nail olublar.

Tam şəffaflığa nail olmaq üçün liqnin maddəsindən təmizlənmiş ağac liflərini polimerləşdirilmiş metilmetakrilat (“PMMA”) ilə qarışdırıblar. Sözügedən maddə ağac materialının şəffaflıq xüsusiyyətini artırıb. Tətbiq sahəsindən asılı olaraq, səffaflıq səviyyəsini təbii ağac hüceyrələri və “PMMA”-nın nisbətini dəyişdirmək yolu ilə idarə etmək olar.

“Yeni materialın bərpa olunan mənbədən alınması sevindirici faktdır” – professor Lars deyib.

Emil Hüseynov




04/04/16    Çap et