Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan rabitə operatoru internet xidmətlərində qısamüddətli fasilələr barədə xəbərdarlıq edir


Rabitə operatoru "AzEuroTel" MMC 493, 498 və 598 saylı ATS-lərin abonentlərinin internet xidmətlərində qısamüddətli fasilələr ehtimalı barədə xəbərdarlıq edir. “Trend”in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

Baş verən problemlərin səbəbi "Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həmin ATS-lərdə köhnə nömrə tutumlarının yenilərinə keçirilməsi ilə bağlı apardığı işlərdir.

Yeni stansiyalar NGN (Next Generation Network) texnologiyası bazasında tikilib. Qeyd edək ki, bu ATS-lərin nömrə tutumlarının köçürülməsi işi ayın sonunadək başa çatacaq.

Xatırladaq ki, “AzEuroTel” rabitə operatoru mayda tamamilə "Bakı Telefon Rabitəsi" İB-nin tabeliyinə keçib. Operatorun nömrə tutumu 30 min ədəddir ki, bunun da 27 mini istismardadır.




21/09/11    Çap et