Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan "Elektron hökumət" in qurulması üçün dünya təcrübəsini öyrənir


Azərbaycan "Elektron hökumət haqqında” qanun layihəsinin hazırlanması üçün qabaqcıl təcrübəni öyrənir. Bunu jurnalistlərə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, ilk olaraq həyata keçirilən işlərdən biri "Elektron hökumət"in nə olduğunu izah edən dəqiq terminologiyanın təyin olunmasıdır.

"Birinci növbədə, "Elektron hökumət" ilə bağlı əsas vəziyyətlər təyin olunacaq.

Elektron xidmətin nə olduğu dəqiq ifadə olunacaq, hüquqi və təşkilati xüsusiyyətlər nəzərdən keçiriləcək. Həmçinin, məlumat yığımının və onların vətəndaşlara təqdim edilməsinin əsas prinsipləri təyin olunacaq, təhlükəsizlik və digər istiqamətlərlə bağlı məsələlər müzakirə olunacaq", - o deyib. Onun sözlərinə görə, "Elektron hökumət" qanun layihəsi qabaqcıl dünya təcrübəsinə əsaslanacaq.

Hazırda dünyada "Elektron hökumət haqqında” qanunun qəbul edildiyi çox az ölkə (təqribən 7 ölkə) var. Bu ölkələrdən biri də Avstriyadır və Azərbaycan bu ölkənin təcrübəsini öyrənir.




21/09/11    Çap et