Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mövcud batareyalardan 100 dəfə tez enerji ilə doldurulan batareyalar yaradılıb


Yaponiyanın "Kaneka" şirkəti İT Texniki Universiteti ilə birlikdə sürətlə enerji toplayan unikal litium-ion batareya hazırlayıb. Mütəxəssislərin sözlərinə görə, akkumulyator mövcud analoqlarından 100 dəfə tez enerji toplaması ilə fərqlənir.

"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, mütəxəssislərin planına görə, yeni məhsul bütün elektron qurğularda, o cümlədən avtomobil akkumulyatorlarında və smartfonlarda tətbiq oluna bilər. Enerjinin doldurulma sürəti elektron qurğunun tipindən asılıdır. Məsələn, mobil telefonu 10 dəqiqə ərzində enerji ilə tam doldurmaq mümkün olacaq. Mütəxəssislərin sözlərinə görə, belə yüksək sürət hətta qurğu 5 min dəfə enerji ilə doldurulandan sonra qalır, akkumulyatorlar isə bu müddət ərzində işlənib köhnəlmir.  

Bu effektə karbon nanoborucuqlardan istifadə sayəsində nail olunub.  

"Kaneka" nümayəndələri qeyd ediblər ki, məhsulun kütləvi istehsalına və bazara çıxarılmasına yaxın 5 ildə başlanılacaq.

Nizam Nuriyev 





05/04/16    Çap et