Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” mesajların şifrlənməsini gücləndirib
“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri göndərilən mesajların şifrlənməsini gücləndirib.
“WhatsApp” mesajları şifrləyən zaman “Open Whisper Systems” proqram təminatından istifadə edir. Şirkət hələ 2014-cü ildən mətn mesajlarının şifrlənməsinə başlasa da, özündə foto və videofayllar saxlayan mesajlar, həmçinin qrup çatlarda göndərilən mesajlar şifrlənməmişdi.
“ICTnews” Elektron Xəbər Xidməti “rns.online” saytına istinadən yazır ki, əksər internet şirkətləri mesajları serverdə saxlamaq üçün şifrləyir, amma, məsələn, məhkəmənin qərarına əsasən, bu mesajları deşifrləmək imkanı mövcuddur. “WhatsApp” tərəfindən istifadə edilmiş texnologiya heç bir halda mesajları deşifrləməyə imkan verməyəcək.
İndi “Facebook” öz messencerində təhlükəsizliyi gücləndirmək imkanını nəzərdən keçirir. “Snapchat” messenceri, həmçinin təhlükəsiz mesaj mübadiləsi üzərində işləyir. “Google” şirkəti isə elektron poçtun təhlükəsizliyini gücləndirməyi planlaşdırır.
Emil Hüseynov
06/04/16 Çap et