Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də elektron sənəd dövriyyəsi sistemi tətbiq olunacaq


"Ultra" şirkəti Azərbaycanın daha iki nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlayıb.

"Ultra" şirkətinin rəhbəri Zaur Məmmədzadənin sözlərinə görə, sistemin yerləşdirilməsi işləri Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərində aparılır.

İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, elektron sənəd dövriyyəsi sistemi artıq şirkət tərəfindən İqtisadi İnkişaf, Maliyyə nazirliklərində və Heydər Əliyev Fondunda tətbiq edilir.




21/09/11    Çap et