Beynəlxalq onlayn ensiklopediyada müxtəlif dillərdə Azərbaycan haqda məlumatların sayı artırılacaq
“
Azərbaycan vikimediaçıları” istifadəçi qrupu istifadəçiləri 29 Mərkəzi və Şərqi Avropa “Vikipediyası”nda paralel keçirilən “Vikibahar 2016” məqalə müsabiqəsində iştiraka dəvət edir.
“ICTnews” Elektron Xəbər Xidmətinin “Vikipediya”ya istinadən verdiyi
məlumata görə, “Vikibahar 2016” “Vikipediya”da Mərkəzi və Şərqi Avropa ölkələri haqda məqalələrin yaradılması üçün keçirilən “Wikimedia CEE Spring 2016” layihəsinin azərbaycanca olan bölməsidir.
Layihənin məqsədi Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya” layihələri arasında əməkdaşlığı yaxşılaşdırmaq, qonşu ölkələr haqda bilikləri artırmaq və digər dillərdə Azərbaycan haqda məlumatların artırılmasına nail olmaqdır.
Sözügedən layihə mayın 31-dək davam edəcək.
CAHANGİR