Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb
Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə daha 4 xidmət elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edildi. İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər aşağıdakılardır.
– "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi" (Elektron)
– "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi" (Kart)
– "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu"
– "Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi".
Beləliklə, Dövlət Gömrük Komitəsinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılıb.
Qeyd edək ki, bununla da "Elektron hökumət" portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.
11/04/16 Çap et