Şirkətlərə saxta elektron məktublara görə 2,3 milyard dollar ziyan dəyib
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) cinayətkarların şirkət əməkdaşlarına rəhbərlik adından guya imzalanan sazişlərə görə pulköçürməsi ilə bağlı sorğuların göndərildiyi kiberfırıldaqçılıq növünün sürətlə yayılmasını açıqlayıb. Əslində isə vəsaitlər hakerlərin hesabına köçür.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, 2013-cü ilin oktyabrından 2016-cı ilin fevralınadək bu fırıldaqçılıqdan zərər görmüş şirkətlərə dəyən ümumi ziyanın məbləği 2,3 milyard dolları ötüb.
Saxta elektron məktubların yayılması ilə bağlı fırıldaqçılıq fəaliyyəti nəticəsində itkilərlə üzləşən şirkətlərin sayı 17 642 təşkil edib. Bu növ törədilən cinayətlərin coğrafiyası 80 ölkəni əhatə edib.
İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, korporativ elektron poçtun ələ keçirilməsi cinayətkarlıq aləmində əvvəllər də tətbiq edilib, lakin əvvəllər belə fəaliyyətdən ziyanın həcmi qiymətləndirilməyib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, şirkətlərin hücumlar nəticəsində itkiləri onların fırıldaqçılara az risklə böyük gəlirlər gətirməsinə görə artmaqda davam edəcək.
FTB nümayəndələri qeyd ediblər ki, hakerlər şirkətlərdə elektron poçt məlumatlarının dəyişdirilməsi üçün çox şeyə əl ataraq əməkdaşları rəhbərlikdən və ya inanılmış tədarükçülərdən pul vəsaitlərinin köçürülməsinə görə sorğu almalarına inandırmaq üçün müxtəlif hiylələrdən istifadə edirlər.
“Onlar pulları idarə edən əməkdaşları öyrənir və saxta sənədlərdə hücumun yönəldiyi bu və ya digər şirkət üçün spesifik olan formullar tətbiq edirlər. Bundan sonra onlar elektron rabitə vasitələri ilə pulun məbləğinin göndərilməsi üçün sorğu verirlər və nəticədə tranzaksiya qanuni görünür”, - FTB əməkdaşları vurğulayıb.
Bu tip fırıldaqçılıqdan istifadə edən cinayətkarlar daha çox xarici tədarükçülərlə işləyən və ya müntəzəm pulköçürmələri həyata keçirən şirkətlərə qarşı hücumlar təşkil edirlər.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ələ keçirilən korporativ elektron poçtdan dəyən ziyan müxtəlif, məsələn, Arizona ştatında 25-75 arasında ola bilər. 2016-cı ilin yanvarında Avstraliyanın təyyarələr üçün komplektləşdirmə hissələri istehsalçısı “FACC” belə fırıldaqçılıq nəticəsində 50 milyon avro itki ilə üzləşməsini bəyan edib.
Nizam Nuriyev