Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) sosial şəbəkə istifadəçilərinə veb təhlükəsizliklərini təmin etmənin yollarını açıqlayıb.

ETM istifadəçilərə naməlum şəxslərdən gələn keçidləri klikləməməyi, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağı tövsiyə edir.  Həmçinin, istifadəçilərə saxta hesab etdikləri hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat vermək məsləhət görülür.

Bununla yanaşı,  veb sayt rəhbərlərinin və ya idarəedicilərinin veb saytlarda təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur.

Mərkəzin tövsiyələrinə səbəb son günlərdə sosial şəbəkələrdə yaranan aktivliyin saxta hesabların yaradılması və spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarması olub.

Qeyd edək ki, saxta hesablardan ünvanlanan keçidləri kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərilməsi və digər bu kimi hallara yol aça bilər.

CAHANGİR





11/04/16    Çap et