Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompyuter bazarında müsbət tendensiya qeydə alınıb
Kompyuter bazarında 3 rüb ardıcıl olaraq tələbat azalmasından sonra 2011-ci ilin ikinci rübündə müsbət tendensiya qeydə alınıb.
“İHS iSuppli” analitikləri öz tədqiqatında bildiriblər ki, aprel-iyun ayları ərzində 85,6 milyon fərdi kompyuter istehsal olunub, bu göstərici əvvəlki nəticəni 3,7%, 2010-cu ilin analoji dövrünün göstəricisini isə 6% ötüb.
Kompyuter bazarında “Lenovo” şirkəti xüsusilə fərqlənib. Belə ki, o, “Acer” şirkətini ötərək dünyanın üçüncü kompyuter istehsalçısı ola bilib.
Ekspertlərin sözlərinə görə, bu sıçrayış ABŞ və Çində artan satışlar nəticəsində mümkün olub. Əgər Çin istehsalçısı tempi saxlaya bilsə, onda artıq növbəti rübdə ikinci yerdə ola bilər.
2011-ci ilin ikinci rübündə “Lenovo” şirkəti 10,2 milyon kompyuter tədarük edib, bu isə əvvəlki rübün göstəricisindən 25,6% çoxdur.
21/09/11 Çap et