Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: 2016-cı ildə smartfonların satış həcmi yalnız 7% artacaq


Analitiklər bildiriblər ki, indiyədək iqtisadi şəraitin pisləşməsi smartfonların satışına güclü təsir göstərmirdi, amma sürətli artım dövrü artıq sona çatıb. 2016-cı ildə Şimali Amerika və Çində smartfon satışının həcmi müvafiq olaraq 0,7% və 0,4% artacaq. İnkişaf etməkdə olan bazarlarda, həmçinin artım tempi azalacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “Gartner” analitiklərinin qiymətləndirməsinə görə, 2016-cı ildə qlobal smartfon bazarının artım tempi ilk dəfə 10%-dən aşağı qeydə alınacaq. Cari ildə dünyada 1.5 milyard smartfon satılacaq ki, bu da 2015-ci illə müqayisədə yalnız 7% yüksəkdir. Bütün sinif mobil telefonların satış həcmi 1.917-dən 1.943 milyardadək artacaq, amma fərdi kompüterlərin (FK) satış həcmi 244-dən 228 milyonadək azalacaq. Bütövlükdə 2016-cı ildə dünyada 2.416 milyard hesablama qurğusu (FK, ultramobil kompüter və planşet, mobil telefon) satılacaq ki, bu da 2015-ci illə müqayisədə 0.6% çoxdur. Ancaq daimi məzənnə üzrə dollar hesablamasında satış həcmi 1,6% azalacaq.

Emil Hüseynov





12/04/16    Çap et