Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“4G” internetin sürəti üzrə yeni dünya rekorduna imza atılıb


Çinin “Sina sinven” nəşri yazır ki, “Huawei” korporasiyasının mütəxəssisləri “StarHub” telekommunikasiya şirkəti ilə birgə otaqda “4G” internetin sürəti üzrə yeni dünya rekordu qırıblar. Belə ki, mütəxəssislər 1Qb/saniyə sürəti əldə etməyə müvəffəq olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Huawei” şirkətinin son həlli olan çoxzolaqlı siqnal modulyatoru sayəsində bu göstərici əldə edilib. Sinqapurun “StarHub” şirkəti tərəfindən eksperimentin keçirilməsi üçün yaradılmış 30 sm ölçüsündə olan sözügedən qurğu “4G” şəbəkəsinin keçirtmə qabiliyyətini xeyli yüksəldib.

"Biz şəbəkəmizin rekord sürət nümayiş etdirərək yeni dünya rekorduna imza atmasına çox sevinirik . Hazırda biz “4G” şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzrə işlər aparırıq" – “StarHub” şirkətinin texniki direktoru Mok Pak Lam deyib.

Emil Hüseynov





13/04/16    Çap et