Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni qurğu iflic insana əlin funksiyalarını bərpa etməyə imkan verib
ABŞ alimlərinin hazırladığı texnologiya iflic insana əlin funksiyalarını bərpa etməyə imkan verib.
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, İen Berkhart suya baş vurarkən onurğasının boyun şöbəsini sındırıb və əl-ayağı iflic olub. Dörd il sonra Ohayo Universiteti və Battel Memorial İnstitutunun əməkdaşları 24 yaşlı xəstəni yeni texnologiyanın sınağı üçün dəvət ediblər.
Hazırlıq mərhələsində ona ekranda göstərilən əl hərəkətlərini təkrarlamaq təklif olunub. Bu zaman onun beyin qabığının fəallığı funksional maqnit rezonans tomoqrafiyası vasitəsilə qeydə alınıb. Sonra İ.Berkhartın beyninin xəritə hissəsinə 96 mikroelektrodlu elastik mikroçip yerləşdirilib. Mikroçip kompüter təlimi interfeysi vasitəsilə fərdi yaradılan və sağ bazu önünə yerləşdirilən 130 elektrodlu əsəb-əzələ elektrostimulyatoruna qoşulub.
Daha sonra xəstə 15 ay ərzində həftədə üç dəfə olmaqla bu əsəb şuntlama sistemindən (NBS) əl və barmaqları tərpətmək üçün istifadəyə görə məşq edib. Təlimin sonunda sistem siqnalın səsə qarşı 3,05 nisbətdə olmaqla 33 dinamik stereotipini dəqiq müəyyənləşdirib.
Təlimin sonunda İ.Berkhart ayrı-ayrı barmaqlarını tərpətməyi bacarmağa başlayıb, altı növ əl hərəkəti edə, əşyaları götürə və yerini dəyişə bilib. Hazırda o, məsələn, suyu butulkadan stəkana süzür, bank kartını götürür və ondan istifadə edir və hətta "Guitar Hero" gitara simulyatorunda ifa edir.
Tədqiqat rəhbəri Çed Bautonun sözlərinə görə, əldə olunan nəticələr sübut edir ki, kürək nahiyəsinin travmasından sonra beyində neyronal əlaqələrin yenidən qurulması indiyədək hesab edildiyindən dərin deyil.
"NBS"-dən istifadədə hazırda ciddi məhdudiyyətlər var. Ondan yalnız laboratoriya kompüterinə qoşmaqla istifadə etmək olar və hər iş seansından əvvəl kalibrləmə tələb edir. Mütəxəssislər metodikanın təkmilləşdirilməsi ilə məşğul olaraq onu gündəlik istifadəyə adaptasiya edirlər.