Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə “Facebook”un gəliri 4 milyard dolları ötəcək


“Facebook” sosial şəbəkəsinin gəliri cari il 4,27 milyard dollar həddini ötməlidir, bu barədə “eMarketer” tədqiqat şirkətinin yeni proqnozunda bildirilib.

Hesabat məlumatlarına əsasən, 2011-ci ildə sosial şəbəkənin reklam gəlirləri təxminən 3,8 milyard dollar təşkil etməlidir, “Facebook Credits” (saytın virtual valyutası) isə şirkətə 470 milyon dollar gəlir qazandıracaq.

Bütövlükdə “Facebook”un illik artımı heyrətləndiricidir. Belə ki, 2009-cu ildə 800 milyon, 2010-cu ildə 2 milyard dollar və cari ildə 4,27 milyard dollar artım qeydə alınıb.




21/09/11    Çap et