Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot kreslo-araba əlillərə ayaq üstdə hərəkət etməyi öyrədəcək


ABŞ-ın Minnesota Döyüş Əməliyyatları Veteranları Xəstəxanasının mühəndis və həkimlər qrupu şaquli vəziyyətə qalxma mexanizmi ilə işləyən kreslo-araba prototipi yaradıb.

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, təqdim edilən araba prototipi ötürücü təkərləri arxa təkərlərlə birləşdirən ötürücü zəncirlə, eləcə də əlavə dəstəkləyən təkərlə təchiz edilib. Dəstəkləyən təkərlər kreslo şaquli vəziyyət alanda yerdə qalır, ötürücü təkərlər isə kreslonun arxası ilə birlikdə qalxır və bununla da kreslo istifadəçisi vertikal vəziyyətdə olanda belə hərəkət edə bilir.

Tərtibatçıların sözlərinə görə, belə yanaşma əlillərə daha fəal həyat tərzi sürməyə imkan verəcək. Bundan başqa, uzun müddət eyni vəziyyətdə qalmaq dayaq-hərəkətedici aparatın və ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir. Bu səbəbdən kreslo-araba yaradıcıları qurğunun ümumilikdə xəstənin sağlamlıq vəziyyətini yaxşılaşdıracağını düşünürlər.

Kreslo-arabanın seriyalı versiyasının istehsal müddəti və gözlənilən qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev







16/04/16    Çap et