Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Karbon lifindən hazırlanmış saplar binanı zəlzələnin təsirindən qoruyacaq
Zəlzələyə həssas zonalarda lazımi norma və texnologiyalara riayət olunmaqla inşa edilən yeni binalar təhlükəsizlik qaydalarına tam cavab verir. Ancaq bunun üçün böyük həcmdə investisiya qoyuluşu tələb olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yapon istehsalçıları ənənəvi yanaşma üsuluna effektiv əvəzetmə təklif ediblər. Yerli alimlər tərəfindən yaradılmış “CABKOMA Strand Rod” adlı çox bərk material termoplast rezinlə sarınmış karbon lif əsasında hazırlanır. Bu halda yeni material çox yüngüldür: şirkətin məlumatına görə, 150 metrlik burazı bir əllə daşımaq heç bir zəhmət tələb etmir.
Karbon lifinin müasir növləri yüngül çəkisi və inanılmaz möhkəmliyi ilə seçilir. Karbon lifindən hazırlanmış sapların elastikliyi sayəsində onların quraşdırılması sadədir: vint bərkidilmə üsulu və yapışqan maddədən istifadə kifayətdir.
Yeni texnologiyanı nümayiş etdirmək üçün “Komatsu Seiten” şirkətinin istehsalçıları tərəfindən dəvət edilmiş tanınmış memar Kenqo Kum və “Ejiri Structural Engineers” şirkətində çalışan mütəxəssislər şirkətin mənzil-qərargahında “CABKOMA Strand Rod” saplarından istifadə etməklə zəlzələ əleyhinə sistem qurublar.
Emil Hüseynov
16/04/16 Çap et