Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2021-ci ilədək dünyada rəqəmli televiziya abunəçilərinin sayı 185% artacaq


“Digital TV Research”in yeni tədqiqatına əsasən, 2010-2021-ci illərdə rəqəmli televiziya abunəçilərinin sayı 1.08-dən 1.67 milyardadək artacaq.

2016-cı ildə rəqəmli televiziya xidmətindən istifadə edəcək ev təsərrüfatlarının sayı 120 milyon artacaq. 2015-2021-ci illərdə 0.5 milyard səviyyəsində artım qeydə alınacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “cableman.ru” saytına istinadən yazır ki, analitiklərin hesablamasına görə, 2021-ci ilədək dünyada rəqəmli televiziyanın  nüfuzetmə səviyyəsi 98.3% təşkil edəcək. Müqayisə üçün, 2014-cü ildə bu göstərici 40.4%, 2015-ci ilin sonunda isə 74,6% səviyyəsində olub. 2021-ci ilədək 98 ölkə tamamilə rəqəmli televiziyadan istifadəyə keçəcək. Xatırladaq ki, 2015-ci ilin sonunda bu göstərici 24, 2010-cu ilin sonunda isə 2-yə bərabər idi.

2015-2021-ci illərdə Asiya-Sakit okean regionunda rəqəmli televiziya abunəçilərinin sayı 314 milyon artacaq.

2010-2021-ci illərdə Şərqi Avropada rəqəmli televiziya abunəçilərinin sayı 3 dəfə artacaq.

Emil Hüseynov





18/04/16    Çap et