Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kənardan gələn səsləri tənzimləyən telefon qulaqlıqları ixtira edilib
“Nuheara” şirkətinin dəstəyi ilə Körtin Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanmış “IQbuds” texnologiyası sayəsində kiçikölçülü eşitmə aparatı xarici aləmdən gələn səsləri tənzimləmək qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, siqnalların emalı üzrə geniş imkanlar sizi əhatə edən səs-küyü (yoldan gələn səslər, piyadaların hərəkəti, hətta ev və ya kafedə danışıqları) effektiv yığışdırmağa imkan verəcək.
Bu qurğunu smartfona qoşmaq mümkün olacaq və o, daha mürəkkəb səs imkanları ilə təchiz ediləcək. Bu ixtiranı oyun proqramı səviyyəsinə çatdırmaq planlaşdırılır.
"IQbuds texnologiyasının son hədəfi onu virtual reallıq texnologiyalarına inteqrasiya etməkdir" – layihənin koordinatoru, Körtin Universitetinin professoru Kevin Fin deyib. O, həmçinin hesab edir ki, qurğu, həmçinin eşitmə aparatı kimi istifadə ediləcək. Biz şadıq ki, yeni ixtiramız zəif eşidən insanlar üçün faydalı olacaq.
Emil Hüseynov
19/04/16 Çap et