Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə məxfi məlumatların itkisi üzrə 1500-dən çox fakt qeydə alınıb


“InfoWatch” şirkətinin analitik mərkəzinin məlumatına görə, 2015-ci ildə məxfi məlumatların itkisi üzrə 1505 fakt qeydə alınıb ki, bu da ötən illə müqayisədə 7.8% yüksək göstəricidir.

2015-ci ildə işçi heyətin ehtiyatsızlığı və xarici kiberhücumlar məlumatların itkisinə əsas səbəb kimi göstərilib. Analitiklərin məlumatına əsasən, xarici hücumlar səbəbindən qeydə alınmış məlumatların itkisi üzrə pay 2014-cü illə müqayisədə 7.2% artaraq 32.2% təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, xarici hücumlar səbəbindən qeydə alınmış məlumatların itkisi ələ keçirilmiş məlumatların böyük həcmi ilə səciyyələnir. 2015-ci ildə bir "xarici" hücum səbəbindən məlumatların itkisi üzrə 1.26 milyon oğurlanmış fərdi məlumat qeydə alınıb, halbuki daxili səbəb üzrə göstərici təxminən 0.34 milyon fərdi məlumat yazısına bərabərdir.

2015-ci ildə daxili səbəblər üzündən məlumatların itkisi üzrə 51.2% halda günahkar şirkətin indiki və ya keçmiş əməkdaşları olub.

90.8% halda fərdi və ödəniş məlumatları ələ keçirilib. Baxılan dövrdə 965.9 milyondan çox məlumat oğurlanıb. Həmçinin dövlət sirrindən ibarət informasiya itkisi üzrə cüzi artım qeydə alınıb.

Emil Hüseynov





22/04/16    Çap et