Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Klaviatura formasında açılıb-bağlanan kompüter təqdim edilib
Çinin “Pipo” şirkətinin təqdim etdiyi yeni unikal qurğular sırasında klaviatura formasında sadə və açılıb-bağlanan kompüterlər də var.
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, sözügedən fərdi kompüterin arxa hissəsində enerjidoldurma, monitor, şəbəkə kabeli və periferiya qurğularının qoşulması üçün lazımi konnektorlar var. Kompüter, həmçinin daxili taçpadla təchiz edilib.
İstehsalçı belə hesab edir ki, sözügedən qurğu internetə çıxış imkanı və gündəlik işlərin yerinə yetirilməsinə ehtiyac duyan adi istifadəçilər tərəfindən bəyəniləcək.
Həmçinin klaviatura formasında hazırlanmış “Pipo KB2” qurğusu tam şəkildə açılır və 2500 milliamper/saat tutuma malik daxili akkumulyator sayəsində bir neçə saat müddətində avtonom işləyə bilir.
“Pipo KB2” qurğusu “Intel Atom x5-Z8300 Cherry Trail” prosessoru, 4 QB əməli yaddaş, 64 QB daxili yaddaş, “Bluetooth” və “Wi-Fi 802.11ac” ilə təchiz edilib. Kompüter “HDMI” çıxış, yaddaş kartı üçün slot, “microUSB”, “USB 2.0” və “USB 3.0” konnektorları ilə təchiz edilib. Hər iki kompüter “Windows 10” əməliyyat sistemi ilə işləyir.