Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kimyaçı alimlər batareyalar üçün yenidən enerji doldurmaya rekord dərəcədə dayanıqlı nanonaqil yaradıblar
Kaliforniya Universitetində çalışan kimyaçı alimlər nazik liflər əsasında yenidən enerji doldurmaya rekord dərəcədə dayanıqlı elektrodlar hazırlayıblar. Alimlərin sözlərinə görə, litium-ion batareyaları üçün belə material elektrik tutumuna heç bir təsir olmadan yüz minlərlə enerji doldurmaya imkan verəcək. Aparılmış tədqiqat “ACS Energy Letters” jurnalında dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, alimlər material qismində manqan oksidi qatı ilə örtülmüş qızıl saplardan istifadə ediblər. Litium duzu məhlulundan ibarət polimetilmetakrilat gelə yerləşdirilmiş qızıl saplar yenidən enerjidoldurma ilə bağlı sınaqdan keçirilib. Material həm katod, həm də anod funksiyasını yerinə yetirib.
Tədqiqatçılar 3 aylıq sınaq müddətində liflər üzərində 200 mindən çox yenidən enerji doldurma aparıblar və heç bir deqradasiya izi aşkar etməyiblər. Bu, qeyri-adi nəticədir, çünki adətən belə materialların sabitliyi 5-7 min dövrdən çox olmur.
Emil Hüseynov
22/04/16 Çap et