Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tezliklə Sinqapurda futuristik sürücüsüz kapsulların köməyilə hərəkət etmək mümkün olacaq


2016-cı ilin sonunadək Sinqapur sakinləri işə və ya məktəbə sürücüsüz işləyən kapsulların köməyilə getmək imkanı əldə edəcəklər. Sözügedən kapsullar elektrik enerjisi ilə işləyir və dar küçələrdə avtonom hərəkət etmək qabiliyyətinə malikdir.

Hollandiyanın “2getthere” şirkəti və Sinqapurun “SMRT” adlı daşımalar operatorunun nümayəndələri elan ediblər ki,  ilin sonunadək  24 yerlik avtobuslar satışa çıxarmağa hazırlaşırlar.

Gözləntilərə görə, sözügedən avtomobillər 1 saatda bir istiqamətdə 8000 sərnişin daşımalıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “rusbase.com” saytına istinadən yazır ki, yeni kapsulların ölçüsü artıq Əbu-Dabidə salınmış Masdar ekoloji biznes-parkında istifadə olunan kapsullardan böyükdür. Futuristik parkda 4 və ya 6 nəfərlik 10 ədəd elektrik kapsulu hərəkət edir. 2014-cü ildə sistemdə milyonuncu sərnişin qeydə alınıb.
 
“2getthere” şirkəti, həmçinin Rotterdamda yerləşən Rivium biznes-parkı üçün belə sistem yaradıblar. Bu sistemə hər biri 20 sərnişin daşıya bilən 6 kapsul daxildir. “2getthere” şirkətinin rəsmisi bildirib ki, gündəlik 2500 sərnişin bu kapsullardan istifadə edir.

Emil Hüseynov







25/04/16    Çap et