Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində poçt xidmətləri təşkil olunub


Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb.
 
Ayın 27-də başa çatacaq foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.
 
Sözügedən forumda  iştirak edən nümayəndələrə poçt xidmətlərinin göstərilməsinin təşkil edilməsi məqsədilə “Azərpoçt” MMC tərəfindən xüsusi şöbə yaradılıb.
 
Forum çərçivəsində iştirakçılara bütün növ poçt xidmətləri göstərilir.





25/04/16    Çap et