Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya”larda Azərbaycan həftəsi başlayıb


Mərkəzi və Şərqi Avropa dillərindəki "Vikipediya"larda, o cümlədən az-vikidə, 21 mart - 31 may tarixləri arasında davam edən "Vikibahar 2016" məqalə müsabiqəsində bu həftə Azərbaycan həftəsidir.

"ICTnews" Elektron Xəbər Xidmətinin "Vikipediya"ya istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak edən digər ölkələrin vikipediyaçıları may ayının 1-dək ölkəmiz haqda bir sıra əhəmiyyətli mövzuları əhatə edən məqalələr  yaradacaqlar.

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu müsabiqədə iştirak edən dillərdən hər hansı birini bilən azərbaycanlıları həmin dildəki "Vikipediya"da ölkəmiz haqda məqalələr yazmağa dəvət edir.

CAHANGİR





26/04/16    Çap et