Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət rabitə operatorlarının xidmətləri üzrə ödənişlərin qəbulu “MilliÖN” şəbəkəsində aktivləşdirilib


“AzTelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin  (BTRİB) stasionar telefon və internet xidmətlərinin aylıq abunə haqlarının “MilliÖN” terminalları vasitəsilə ödənişi xidməti bərpa olunub.

“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, “MilliÖN” şəbəkəsində adıçəkilən dövlət rabitə operatorlarının ödənişlərinin qəbulu tam aktiv edilib.

Beləliklə, artıq abunəçilər bu terminallarda stasionar telefonların, eləcə də “Bakinternet” və “Aztelekom.net” internet provayderlərinin aylıq istifadə haqlarını ödəyə bilərlər.

CAHANGİR





26/04/16    Çap et