Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Müstəqilliyi Günü münasibətilə keçiriləcək sərgidə İKT sahəsində qazanılan nailiyyətlər də nümayiş olunacaq
Azərbaycanda Dövlət Müstəqilliyi Günü ən yüksək tələblər səviyyəsində qeyd olunacaq.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də “Bakı Expo” mərkəzində Azərbaycanın 20 il ərzində iqtisadiyyatın bütün infrastrukturu üzrə əldə etdiyi nailiyyətlərin, qazandığı uğurların nümayiş olunmasıdır.
Ölkə başçısı İlham Əliyev cənablarının da qatılacağı bu möhtəşəm sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi digər nazirlik və komitələr kimi ayrıca stendlə təmsil olunacaq.
Stenddə nazirliyin birlik və müəssisələri, o cümlədən, özəl informasiya texnologiyaları şirkətlərinin qazandığı uğurlar əks olunacaq.
Qeyd edək ki, 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannamə” qəbul olundu və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya Aktı qəbul etdi.
1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.
21/09/11 Çap et