Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kömürdən elektron qurğular yaratmaq təklif edilir


Massaçusets Texnoloji İnstitutunun alimlər qrupu kömürün yandırılması əleyhinə çıxaraq bəyan ediblər ki, kömür mürəkkəb molekulyar struktura və müxtəlif növlərə malikdir və buna görə ondan daha çox faydalanmaq olar. Alimlər əmindirlər ki, kömür günəş panellərinin, batareya və elektron qurğuların əsasını təşkil edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, tədqiqatçılar fikirlərini sübut etmək məqsədilə kömürdən avtomobil şüşələrinin və ya təyyarə qanadlarının donunu açmaq üçün istifadə oluna bilinən elektrik qızdırıcı hazırlayıblar. Buna paralel alimlər ilk dəfə dörd növ kömürdən - antrasit, qonur və iki növ qatranlı kömürdən əldə olunan incə plyonkaların kimyəvi, elektrik və optik xüsusiyyətlərini ətraflı xarakterizə edərək müxtəlif növ kömürlərin əlavə emal olmadan geniş elektrik ötürücülük qabiliyyətinə malik olmasını nümayiş etdiriblər.  

Tədqiqatçılar, həmçinin kömürdən incə plyonkaların hazırlanma prosesini təqdim ediblər. Belə ki, kömür xüsusi tozda qarışdırıldıqdan sonra əriyir və birqat şəkildə alt hissədə yerləşdirilir. Optik və elektrik xüsusiyyətlərə emal temperaturunu dəyişməklə nəzarət etmək olar. Burada potensial üstünlük materialın dəyərinin aşağı olmasındadır.

Tədqiqat yüksək riskli faydalı qazıntıların axtarışına yönələn xüsusi proqram çərçivəsində maliyyələşdirilib.  

Nizam Nuriyev 





27/04/16    Çap et