Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Privates” messenceri göndərilmiş mesajı adresat onu oxumamış geri çağırmağa imkan verir


Hər bir istifadəçi ən azı bir dəfə də olsa, cari anda göndərdiyi mesajı adresat oxumamış onu silmək istəyib. Doğrudan da belə bir funksiyanın əlçatan olması minlərlə insanı çətin vəziyyətlərdən xilas etmiş olardı.

“Privates” adlı messencerin yaradıcıları bu ideyanı reallaşdırıblar. “The Telegraph” qəzeti yazır ki, sözügedən messencer göndərilmiş mesajı geri çağırmağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, bundan başqa, yalnız mətn mesajları ilə deyil, həmçinin şəkil və videolarla mübadiləyə imkan verən yeni messencer yazışmanı kənar şəxslərdən və onun ekran görüntüsünü əldə etməkdən qorumaq imkanına malikdir. Belə ki, müvafiq sazlamalar aktiv olduğu halda mesaj yalnız adresat displeyin iki düyməsinə bir neçə dəfə sıxdıqdan sonra ekranda görsənəcək.

Başqa funksiya isə mesajı adresat smartfonu əlinə götürdüyü və onu düz saxladığı halda ekranda göstərməyə imkan verir. Sonuncu qoruma funksiyası həmsöhbətin şəxsiyyətinin təsdiqi üçün ön kameradan istifadəni və mesajı oxuyan zaman onun üz ifadəsinin qeydə alınmasını nəzərdə tutur.

Bu messencer, həmçinin mesajın göndərilməsindən 24, 12 və ya 3 saat sonra oxunulmamış mesajların avtomatik silinməsi funksiyasını işə salmağa imkan verir. Hazırda “Privates” messenceri yalnız “iOS” mobil platforması ilə işləyən qurğular üçün əlçatandır.

Emil Hüseynov




28/04/16    Çap et